Çaylarda suyun səviyyəsi azalır
11.7.2017

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 185 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 42 m3/s olmaqla, ongünlük normanın 29 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 164 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 10, Bankədə 8 sm azalma qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2016-cı il iyulun 10-da 326 sm), Şirvanda 165 sm, Salyanda 90 sm (2016-cı il iyulun 10-da 93 sm), Bankədə 175 sm (2016-cı il iyulun 10-da 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2016-cı il iyulun 10-da 39 sm) təşkil edir.


publika.az