“Google” şirkəti istifadəçilərə üçölçülü “Google – Blocks” virtual reallıq redaktorunu təqdim edib.
İstifadəçilərə virtual dünya qurmağa imkan verəcək proqramın iş prinsipi “Rubik kubikc” oyununa bənzəyir.
Məlumata görə, ondan istifadə çox asandır. İstifadəçi ayrı-ayrı bloklar vasitəsilə virtual dünyasını yaradır və ya mövcud olanları redaktə edir. Həmçinin proqramın yüklənilməsi pulsuzdur. “Google – Blocks” proqramından istifadə etməklə obyektləri rəngləmək, onların formasını və ya yerlərini dəyişdirmək mümkün olacaq.
Proqramçılar ümid edir ki, “3D” redaktor təşəkkül taparaq istifadəçilərin bütün arzularını həyata keçirəcək.
azertag.az