Bu gün “BakuTel-2012” başlayır
6.11.2012

Bu gün Bakıda “BakuTel-2012” 18-ci Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi başalayır.

Xəzəryanı regionda telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük forum olan “BakuTel-2012” noyabrın 9-dək davam edəcək. Sərgi “Bakı Ekspo Mərkəzində” keçirilir.

Bu il sərgidə Azərbaycan, Belarus, Böyük Britaniya, İsrail, İran, Çin, Koreya, Litva, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Estoniya və ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edir.

Avstriya, Kanada, Xorvatiya və Fransa isə sərgidə öz milli pavilyonları ilə çıxış edəcəklər.

ANS PRESS