Bank of Baku-nun İŞKART - biznes kart sahibləri E-PUL.az onlayn ödəniş portalı vasitəsilə etdikləri ödənişlərə görə 3 QAT BONUS qazanacaqlar.
01-31 iyul 2017-ci il tarixlərini əhatə edən kampaniya çərçivəsində, İŞKART istifadəçiləri https://www.e-pul.az/ portalında:
Kommunal xidmətlər;
Mobil operator və telefon şəbəkələri;
İnternet və TV provayderlər;
Və digər xidmətlərin ödənişini rahat və sürətli etməklə yanaşı, qazanacaqları bonusların sayını 3 dəfəyə qədər artıra biləcəklər.
İŞKART sahibləri, daha sonra yığılmış bonusları real vəsaitə çevirərək, E-PUL.az portalındakı növbəti ödənişlərində istifadə edə, xüsusi endirimlər qazana və ya hədiyyələr ala bilərlər.
Qeyd edək ki, kampaniya bank və sığorta xidmətlərinin ödənişinə şamil edilmir.
Kampaniya haqqında daha ətraflı məlumat üçün Bank of Baku-nun 145 Məlumat Mərkəzi, "E-PUL" sistemi haqqında suallarınıza cavab tapmaq üçün isə portalın *1919 "Qaynar xətti" ilə əlaqə saxlaya bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku
day.az