Azərbaycan Prezidenti yaxın günlərdə Latviyaya səfər edəcək
13.7.2017

Azərbaycan Prezidenti İlham Əliyev və bir neçə gündən sonra Latviyaya rəsmi səfərə gedəcək.
Dövlət başçısını səfər zamanı 50-dən çox aparıcı müəssisənin nümayəndəsi müşayiət edəcək.
Səfər çərçivəsində paytaxt Riqa şəhərində Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Tədbir Latviyanın İnvestisiya və İnkişaf Agentliyi tərəfindən iyulun 17-də təşkil olunacaq.
Səfər Latviya prezidenti Raymond Veyonisin dəvəti ilə həyata keçiriləcək.


report.az