“Berlin-Bakı” qalereyasında azərbaycanlı və fransız rəssamların sərgisi açılacaq
13.7.2017

Sentyabrın 10-da “Berlin-Bakı” qalereyasında “Dəniz sahillərinin sehri: Çəhrayı qranit sahilindən Xəzər dənizinədək” adlı sərgi açılacaq.

Sərgidə Əli Şəmsiyevin və Bernard Vidalın əsərləri nümayiş olunacaq. Sərgi oktyabrın 6-dək davam edəcək.

Bu il Almaniyanın paytaxtında “Berlin-Bakı” qalereyasının yaradılmasının 10 yaşı tamam olur. Qalereyasının yaradılmasında məqsəd Almaniya və Azərbaycan rəssamlarının, heykəltəraşlarının və digər incəsənət nümayəndələrinin əsərlərinin birgə sərgisinin təşkili və xalqlarımız arasında mədəni münasibətlərin daha da genişləndirilməsidir. Lakin incəsənət sərhəd tanımır. Ona görə də bu qalereya müxtəlif ölkələrdən rəssamların, heykəltəraşların, fotoqrafların və performanslar təqdim edən sənətkarların üzünə açıqdır.

“Berlin-Bakı” qalereyası Berlin Qalereyaları Assosiasiyasının üzvüdür. Qalereyanın saytına daxil olmaqla http://www.galeriebb.de/EN/ orada keçirilən tədbirlər haqqında ətraflı məlumat əldə etmək olar.



azertag.az