İyulun 18-də saat 18.00-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) hamilə qadınlar üçün seminar təşkil olunacaq. Tədbir “Hamiləlik və gözlər” mövzusunda keçiriləcək.
RMDM-in mətbuat xidmətindən bildiriblər ki, seminar RMDM-in həkim-oftalmoloqu Eloğlu Məmmədov tərəfindən aparılacaq.
Seminarda iştirak etmək istəyənlərin (012) 530 90 29 və ya (012) 913 nömrələrinə zəng edərək qeydiyyatdan keçmələri lazımdır.
azertag.az