Media FM dinləyicilərinə Madonnanın Bakı konsertinə bilet hədiyyə edəcək
6.11.2012

Biletlər bu həftə radiostansiyanın axşam şousunda paylanacaq.

Media FM radiostansiyasının baş prodüseri DJ Fatehin sözlərinə görə, biletləri bu həftə “Gül kimi” axşam şousunun “Soğan olsun, nağd olsun” müsabiqəsində qazanmaq mümkün olacaq.

Müsabiqənin qalibi Madonnanın biletləri ilə bir kisə soğan arasında seçim edə biləcək.

Biletləri seçdiyi təqdirdə, dinləyici xüsusi vauçer əldə edəcək. Madonnanın Bakıda konserti baş tutduğu təqdirdə, vauçer sahibi onu, biletlər satışa çıxan kimi, 2 biletə dəyişə biləcək.

Əlbəttə, “soğan olsun, nağd olsun” prinsipi ilə aparıcılardan bir kisə soğanı tələb olunan ünvana göndərməyi də xahiş etmək olar.

Xatırladaq ki, “Gül kimi” hər iş günü saat 18:00-20:00 kəsiyində efirə çıxan axşam şousudur.

Gün.Az