Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif olunub
13.7.2017

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan diasporunun quruculuğu sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Tərəqqi” medalı ilə
Hümbətov Surəddin Məmmədhüseyn oğlu
Qasımov Kyavus Safa oğlu
Məmmədov İlham Hacı oğlu
Vəliyev Cavanşir İnqlab oğlu.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Kərimova Nüşabə Rəhim qızı
Təbrizli Arzu Sirus qızı
Zahidova Ladən Vahab qızı.
Prezidentin digər sərəncamı ilə Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə Nəriman Əhmədağa oğlu Qurbanova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.


report.az