Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 111 şagird (bütün inşa yazanların 0,41%-i) müraciət edib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, onlar inşa üzrə qiymətlərinin araşdırılmasını istəyiblər. Onlardan 38 şagirdin (bütün inşa yazanların 0,14%-i) inşasının qiymətində dəyişiklik edilib. Digər iddialarla bağlı isə şagirdlərə inşanın yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.
publika.az