Twitter-də yeni dünya rekordu
6.11.2012

Yalnız bir hadisə ilə bağlı olaraq yazılan tvitlərin sayı ilə bağlı Twitter-də yeni rekord vurulub.

ABŞ-ı vuran və 11 ştatda evləri viran qoyan "Sendi" qasırğası ilə bağlı ötən həftənin iki günündə Twitter-də yazılmış tvitlərin sayı 20 milyonu keçib.

Əvvəlki rekord məşhur "Super Bowl" final matçı ilə bağlı idi: matç axşamı 13,7 milyon tvit yazılmışdı.

Milli.Az