Azərbaycanlı şagird Beynəlxalq Olimpiadada qızıl medal qazanıb
14.7.2017

Azərbaycanlı şagird Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb.

Bununla da Ramil Babazadə 11 il bundan əvvəl qazanılan uğuru təkrar edib.

Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

trend