Azərbaycanda I yarımillikdə 5,6 min fərdi yaşayış evi tikilib
17.7.2017

Bu ilin birinci yarısında Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kv. metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda qeyd edilir.
Məlumata görə, yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 382,2 mln. manat olub, onun 60,6 mln. manatı dövlət, 321,6 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.
Ölkə vətəndaşları mənzil şəraitinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 5,6 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərləri, Abşeron, Qazax, Cəlilabad, Tovuz və Qəbələ rayonlarında inşa edilib.

report.az