DGB-nin yeni reytinq siyahısında 20 güləşçimiz ilk onluqda yer alıb
17.7.2017

Dünya Güləş Birliyi (DGB) 2017-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, ilk onluqda ümumilikdə 20 təmsilçimizin adı var.

Sərbəst güləşçilərin siyahısında Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Hacı Əliyev, Məhəmməd Müslümov, Cəbrayıl Həsənov, Murad Süleymanov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədovun adı ilk onluğa daxil edilib.

Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Alyona Kolesnik və Tatyana Omelçenko onluqda yer alıb.

Yunan-Roma güləşçilərinin onluğunda isə Murad Məmmədov, Rəsul Çunayev, Həsən Əliyev, Rafiq Hüseynov, İslam Abbasov, Orxan Nuriyev və Sabah Şəriətinin adlarını görmək mümkündür.

azertag.az