Uşağa sevgi onun beyninə necə təsir edir?
8.11.2012

Eksperimentlər zamanı normal ailədə, valideyn məhəbbəti və sevgisini duyan 3 yaşlı uşaqla küçədə yaşayan, evsiz-eşiksiz 3 yaşlı uşağın beyinləri tomoqrafik skanlaşdırmaya məruz qalıb.

Skanlaşdırmanın nəticələrinə görə, küçədə yaşayan uşağın beyni onun valideyn məhəbbəti görən yaşıdı ilə müqayisədə xeyli kiçikdir.

Oksford və Kembric universitetlərinin neyropsixoloqları bildirirlər ki, uşağın normal əqli inkişafı üçün onun qayğıya, şəfqətə, mərhəmətə ehtiyacı var.Əks təqdirdə, belə uşaq böyüyəndə yalançı, qəddar və xain olmaqla yanaşı, həm də əqli cəhətdən kasad insan olacaq.
Britaniyalı alimlərin gəldikləri nəticəni onların amerikalı həmkarları da təsdiqləyirlər. Los-Ancelesin məşhur neyropsixoloqlarından olan professor Alan Şorun dediyinə görə, şəfqət və mərhəmətdən xali uşaqların orqanizmində inkişaf genləri aktiv olmur, onun beynində aqressiv hərəkətləri tənzimləyən və idarə edən qılaf hissəsi daha sürətlə böyüyür. Uşaq psixiatriyası üzrə tanınmış mütəxəssis, professor Coan Libinin fikrincə, valideynləri sevgisi uşağın neyroreseptor funksiyalarının formalaşmasında müstəsna rol oynayır. Alimlərin hesabatları "Neuro Science News" jurnalında dərc olunub.

Big.az