Proqnozlar Bürosu: Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək
18.7.2017

"Növbəti iki gün ərzində Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, iyul ayının 19-20-də ölkə ərazisində yağış yağması ehtimalı yoxdur: "Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 35-39-dərəcə, bölgələrdə 35-40, dağarda isə 25-30 dərəcə arası dəyişəcək".


report.az