Gürcüstanın Azərbaycandakı səfiri Tbilisidə diplomatik missiya başçılarının iclasında iştirak edir
18.7.2017

Tbilisidə Gürcüstanın xaricdəki diplomatik missiya başçılarının iclası keçirilir.
Toplantıda ölkənin baş naziri Georgi Kvirikaşvili və xarici işlər naziri Mixeil Canelidze çıxış ediblər.
Bundan başqa, iclasda digər hökumət üzvləri və dəvət olunan xarici qonaqlar nitq söyləyiblər.
Səfirlərin iclasında xarici siyasətin əsas prioritetləri, qarşıda duran vəzifələr, həmçinin aktual regional məsələlər müzakirə olunur.
İclasda həmçinin Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze və ölkənin Gəncədəki baş konsulu Mamuka Balavadze iştirak edirlər.


report.az