Son bir necə gündə bu barədə milyonlarla kitab satılıb.
Yaponiyada qan qrupuna görə, insanın xasiyyətini müəyyən etmək barədə yazılan kitablar rekord vurmağa başlayıb. Bu barədə yazılan 4 kitab bir necə gündə 5 milyondan çox nüsxə ilə satılıb.
Bu isə təsadüfi deyil. Çünki son vaxtlar demək olar ki, işə qəbul, dost seçimi, evlilik kimi bütün sahələrdə insanlar qan qrupuna önəm verməyə başlayıblar. Bəs hansı qrup hansı xüsusiyyətə malikdir.
AB: Sirli və göznəlinməz hərəkətlər edən
O: Hər şeylə maraqlanan, mərd və tərs
A: Hissiyatlı, mükəmməl və qayğıkeş
B: Sevincli, nikbin, maraqlı vərdişlərə sahib.
Milli.Az