"Amrahbank" Xəzər Qayğıkeşlik layihəsi Humanitar İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərcivəsində “Dünyamızı daim parlaq rənglərdə görək” adlı növbəti xeyriyyəçilik tədbirini həyata keçirib.
Bankdan verilən məlumata görə, bank tərəfindən bu tip tədbirləin keçirilməsində əsas məqsəd ictimaiyyətdə mövcud olan problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, ehtiyac sahiblərinə kömək əli uzatmaqdır.
Növbəti korporativ sosial məsuliyyət (KSM) çərçivəsində “Amrahbank”ın maddi dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında imkansız ailədən olan, “katarakta” xəstəliyindən əziyyət çəkən, əməliyyat etmək imkanları olmadıqlarından görmə qabiliyyətlərini getdikcə itirmək təhlükəsi olan 1939-cu il təvəllüdlü Xvatova Svetlananın, 1951-ci il təvəllüdlü Kərimova Rəhilənin, 1941-ci il təvəllüdlü Şıxəliyeva Ayətin gözlərində klinikanın həkimləri tərəfindən cərrahi əməliyyat aparılıb.
Klinikadan daxil olan məlumata görə, əməliyyatdan sonrakı gün müayinə olunan xəstələr dünyanı parlaq rəngdə görə bildikləri üçün özlərini çox xoşbəxt hiss edirdilər və talelərində böyük rol oynayanlara sonsuz dərəcədə minnətdar idilər.
Xatırladırıq ki, 2017-ci ilin əvvəlindən "Amrahbank" Xəzər Qayğıkeşlik layihəsi Humanitar İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərcivəsində artıq 9 nəfərin gözlərində uğurlu göz əməliyyatlarının həyata keçirilməşinə maddi dəstək göstərib.
"Amrahbank" ənənəvi bank fəaliyyəti ilə yanaşı daima elm, təhsil, sağlamlıq, idman və s. KSM layihələrinin həyata keçirilməsini özünün əsas prioritetlərindən hesab edir.
trend