Qoç - Çox ehtiyatlı olmalısınız, bu gün səhv etmək olmaz. Dünyaları vəd edən tərəfdaşlarınıza inanmayın. Ailədaxili münaqişələr gözlənilir. Ətrafınızdakılar sizi başa düşə bilmirlər, çünki hisslərinizi kimisə incitmədən ifadə edə bilmirsiniz. Bir az hərəkətlərinizi fikirləşin, faydası var.
Buğa - Ağlınızda çətin və çətin olduğu qədər də möhtəşəm bir plan varsa, gecikmədən onu reallaşdırmağa başlayın - sizi böyük uğur gözləyir. Tərəfdaş tapmağa ərinməyin. Yaxınlarınız bütün işlərinizdə əl tutacaqlar. Yeni tanışlıq mümkündür. Bununla həyatınız yaxşılığa doğru dəyişəcək.
Əkizlər - Bir çox imkanların yarandığı gündür. Xırda-para işlərə baş qoşmayın. Peşəkar sahədə mövqelərinizi bərkidirsiniz. Son vaxtlar dil tapa bilmədiyiniz biriylə münasibətlərinizi düzəltmək üçün şans yaranacaq. Hər şeyi öz adıyla çağırın, utancaqlıq bir işə yaramaz. Bu, həm sizin, həm də ətrafınızdakıların həyatını asanlaşdıracaq.
Xərçəng - Başınız qarışıqdır. Rəqibləriniz mürgüləmirlər - maraqlı və qəddar döyüşə hazır olun. İnad göstərsəniz, hər şey alınacaq. Bu gün səfərə çıxa, aktiv istirahət edə bilərsiniz. Həyat enerjiniz yüksəkdir. Günün ikinci yarısına təyin etdiyiniz romantik görüş sizə xoş təsir bağışlayacaq.
Şir - Əgər bir tədbir tökməsəniz, gününüz boş və yeknəsəq olacaq. Bir az özünüzdə güc toplayın, özünüzə maraqlı bir problem tapıb onun həllilə məşğul olun. Bu gün sizə qətiyyən tənbəllik etmək olmaz. Gəzinti, yatmaq, televizora baxmaq və digər əyləncələr də bezdirəcək. Sizi istirahətdən daha çox, bekarçılıq yoracaq. Odur ki, işləri nəzərdən keçirin.
Qız - İstədiyinizə asanlıqla nail olacaqsınız, qalanları isə paxıllıqdan dil-dodaqlarını gəmirəcəklər. Karyerada irəliləyiş gözlənilir. Gəlirlərinizi artıra, beynəlxalq əməkdaşlığı genişləndirə bilərsiniz. Bu gün parlayırsınız. Şəxsi münasibətləri yoluna qoymaq üçün uyğun gündür. Yeni tanışlarınızın yaddaşında silinməz izlər qoyacaqsınız.
Tərəzi - Əvvəllər başladığınız işləri bu gün çox yaxşı bitirə bilərsiniz. Fantaziyanız sərhəd tanımır, odur ki, istənilən şəraitdən rahat çıxa biləcəksiniz. Sizə kömək üçün müraciət edirlər, etiraz etməyin. Şəxsi həyatınızda nəyinsə tezliklə dəyişməsini istəyirsinizə, əlinizi əlinizin üstünə qoyub oturmayın.
Əqrəb - Çətinliklərdən qorxmursunuz, istənilən məsələni asanlıqla həll edirsiniz, buna görə də tezliklə zəhmətinizin bəhrəsini görəcəksiniz. Rəhbərlik keyfiyyətləriniz tərəfdaşlarınızın xoşuna gələcək. Çoxlu pul ala bilərsiniz. Ev işlərini də unutmayın. Axşamı isə ziyafətlərə həsr edin. Əgər publika qarşısında çıxış etmək şansınız varsa, qaçırmayın.
Oxatan - Xeyli iş görməlisiniz, amma bilmirsiniz, nədən başlayasınız. Elə bundan da başlayın - plan və siyahı tutmaqdan. İntuisiyanıza güvənin. Yatırımlar yaxşı gəlir gətirəcək. Əyləncəyə qətiyyən pul sərf etməyin. Nəfsinizi yığışdırın. Günün ortasında yaraşıqlı birini romantik görüşə dəvət edin, bunda sizə etiraz etməzlər.
Oğlaq - Bir neçə xəbərə sevinəcəksiniz. Əsas xəbər işinizlə bağlı olacaq. Həm fərdi, həm də müştərək işlərdə gözəl işgüzarlıq göstərəcəksiniz. Hətta vəzifəsi sizdən üstün olan həmkarlarınızı da sizin istədiyinizi etməyə məcbur edəcəksiniz. Evdə sizi tam rahatlıq gözləyir. Ailəniz sizə hər cür qayğı göstərəcək. Ailəvi istirahət, gəzinti, ekskursiya məsləhətdir.
Dolça - Yarımçıq qoyduğunuz işi başa çatdırın. Bu gün sübut olunacaq ki, mübahisədə haqlı olan tərəf siz idiniz. Ancaq buna əhəmiyyət verməyin, qələbənizi açıq-aşkar bayram etməyə başlasanız, ətrafınızda narazılıq artacaq. Bu gün istənilən adamla görüşə bilərsiniz. Hətta sizdən xoşu gəlməyən adamla dil tapacaqsınız. Günün ikinci yarısında səhhətinizə nəzarət edin.
Balıqlar - Bütün işlərinizi günün birinci yarısında görməyə çalışın. Uzunmüddətli layihələrə başlamayın. Siz insanların simpatiyasını asanlıqla qazanırsınız. Onları yoldan çıxarmaq və valeh etmək xoşunuza gəlir. Amma gözünüz dumanlanır. Özünüzə o qədər vurğunsunuz ki, təəssürat yaratmaq istədiyiniz insanlar barədə düşünmürsünüz. Sonradan belələri ilə münasibət qurduğunuz üçün peşman olmayasınız?!