Bu oğlanın iki nadir bəlası var - FOTO
7.11.2012

İngiltərənin Surrey qraflığında yaşayan İtan Bernin nadir xəstəliyi var. Onun qolları bir-birlərini təkrarlayaraq hərəkət edir.

İtan əllərinin hər biri ilə ayrı-ayrılıqda nəsə etmək imkanında deyil. Əvəzində İtan eyni vaxtda iki əli də yaza bilir.

İtanın anası, 32 yaşlı Ormenin dediyinə görə, problemlərin olduğunu ilk dəfə oğlu 4 aylıq olanda anlayıb. Sonra məlum olub ki, İtan normal yeyə bilmir. Axı normal yemək üçün bir əldə qaşığı, digər əldə isə nimçəni tutmaq gərəkdi.
İtana dəqiq diaqnoz yalnız onun 2 yaşı olanda qoyuldu.

Epson şəhər hospitalının həkimləri İtanın müayinəsində maqnit-rezonans tomoqrafiyasından istifadə etmək qərarına gəliblər.
Müayinə zamanı İtanın göz bəbəyinin arxasında xərçəng şişi aşkarlanıb.

Onkoloqların dediklərinə görə, İtan nadir uşaq göz xərçəngi xəstəliyi olan retinoblastomaya tutulmuşdu.
Sonradan, müalicə zamanı onun sol gözünün ətrafında daha 100 xərçəng şişi tapıldı.
Həkimlər lazer terapiyası, krioterapiya və gözə bərkidilən radioaktiv disk vasitəsilə şişləri götürüblər.
Müalicə İtanın həyatını xilas etsə də, sol gözünü hədsiz dərəcədə zəiflədib.

İtanın atası Robert deyir ki, daha sonra İtan bir neçə dəfə kimya terapiyası və qan köçürülməsi əməliyyatlarına məruz qalıb.

Həkimlərin dediklərinə görə, İtanın gözlərinin arxasında yeni xərçəng şişlərinin yaranmayacağına təminat vermirlər.

Uşaq sol gözünü, ümümiyyətlə, itirə bilər.

Milli.Az