Bakıda "Sarı Gəlin" şousu
7.11.2012

Latviya Respublikasının “Eurovision 2012 ” təmsilçisi Anmari Heydər Əliyev Sarayında solo-konsert verəcək.

Sarayın mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 27-də keçiriləcək konsert “Sarı Gəlin” adı altında təşkil ediləcək.

Anmarini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edəcək. Müğənni bakılı tamaşaçılar üçün “Sarı Gəlin”, “Sən gəlməz oldun” və “Gəl ey səhər” daxil olmaqla 6 Azərbaycan mahnısı ifa edəcək.

Bundan əlavə Anmari Latviya xalq mahnıları ilə yanaşı tanınmış latviyalı bəstəkar Raymond Paulsun mahnılarını ifa edəcək.

Biletləri şəhərin kassalarından əldə etmək olar. Biletlərin qiyməti : 10 – 60 AZN arasındadır.

http://xezerxeber.com