Hər gün 100 AZN qazanmaq imkanı
19.7.2017

Yüksək xidmət, sərfəli bank məhsulları və xidmətləri ilə seçilən və müştəri məmnuniyyətini hədəf qoyan "Expressbank" hər səhər 100 AZN pul qazanmaq imkanı təqdim edir.

Bankdan verilən məlumata görə, pul mükafatı müştərilərə Expresso kartı ilə verilir.

Xatırladaq ki, Expresso kart – debet, güzəşt müddətli kredit, depozit, “cashback”, təmassız kart, sərbəst dizayn seçimi funksiyalarını özündə cəmləşdirən unikal bank kartıdır.

"Expressbank"ın baş sponsorluğu ilə 105.5 FM dalğası “Manpası” səhər şousunda keçirilən müsabiqədə qalib gələn hər kəs "Expressbank"dan Expresso kartında 100 AZN pul mükafatı qazanacaq. Yarışma həftənin 5 iş günü səhər saat 08:00-dan 10:00-dək radio efirdə keçirilir.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Bərdə, Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək ATM-i, 7000-dək POS terminalı və 400-dən artıq ExpressPay ödəniş terminalı xidmət göstərir.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Maksimum imkanlar verən Expresso unikal kart bu dəfə də sizə 100 AZN qazandıracaq!

trend