Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti bu yaxınlarda dünyanın ən məşhur futbol klubu olan "Mançester Yunayted" ilə tərəfdaşlığa başladığını elan edib. Həmin tərəfdaşlıq çərçivəsində "Bakcell" öz abonentlərinə "Mançester Yunayted"in ev oyunlarını keçirdiyi və dünyanın ən məşhur stadionlarından biri olan "Old Trafford"da futbol həyacanını yaşamaq üçün imkan yaradıb.
Sevimli oyunçularınızı Sizə daha yaxın edəcək "Mançester tətilləri" kampaniyası "Old Trafford" stadionuna gəlib "Mançester Yunayted"in oyununu canlı olaraq izləmək üçün unikal bir fürsətdir.
7777 nömrəsinə pulsuz SMS göndərən hər bir "Bakcell" abonenti avtomatik olaraq kampaniyada qoşulacaq və Mançesterə 3 biletdən birini qazanmaq imkanı əldə edəcək.
Kampaniyanın xoşbəxt qalibləri elektron püşkatma vasitəsilə müəyyən edilərək ictimaiyyətə elan olunacaq. "Mançester tətilləri" kampaniyası cari il noyabrın 25-dək keçiriləcək.
Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün lütfən "Bakcell" şirkətinin rəsmi internet və "Facebook" səhifələrinə, eləcə də "Mançester Yunayted"in Azərbaycan azarkeşləri üçün yaradılan səhifəsinə daxil olun. www.bakcell.com; www.facebook.com/bakcell; www.manutd.bakcell.com