Azərbaycana “Eurovision” qalibiyyəti qazandıran, gənc və istedadlı ifaçı Eldar Qasımov Ukraynaya səfər edib.
Onun səfərinin məqsədi “I’m free” mahnısını tanıtmaqdır.
Hazırda Kiyevdə olan Eldar Qasımov səfər çərçivəsində müxtəlif televiziyaların çox baxımlı verilişlərində qonaq olacaq, sözügedən mahnını ifa edəcək. Eyni zamanda, Ukraynadakı pərəstişkarları ilə görüşəcək:
“Hər iş səfəri mənim üçün çox böyük məna kəsb edir. Ölkə sərhədindən kənarda sevildiyimi görmək məni məmnun edir. Amma bu sevgi ilə, uğurlarla kifayətlənmək fikrində deyiləm”.
E.Qasımov Ukraynada bir sıra təkliflər alıb və bu təklifləri dəyərləndirəcək. Müğənninin Kiyevdə solo konsert verəcəyi gözlənilir.
Onu da bildirək ki, bu səfərdən sonra E.Qasımovun dünyanın daha bir neçə ölkəsinə eyni məqsədli səfərləri nəzərdə tutulur.
Gün.Az