Azərbaycanın cənubunda zəlzələ olub
8.11.2012

Azərbaycanın Lənkəran rayonu ərazisində zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ noyabrın 8-i saat 06:02-də Lənkərandan 16 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

APA