Azərbaycan növbəti mötəbər yarışa ev sahibliyi edəcəkdir
8.11.2012

2013-cü ildə kapoeyranın WCF (Dünya Kapoeyra Federasiyası) versiyası üzrə dünya çempionatı Azərbaycanda keçiriləcəkdir.
Azərbaycan Kapoeyra Federasiyasından bildirilmişdir ki, mayın 30-dan iyunun 1-dək Bakıdakı “Sərhədçi” İdman Olimpiya Kompleksində təşkil olunacaq mundialda 50 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.
Çempionatın Bakıda keçirilməsi barədə qərar 2011-ci ildə keçirilən Ümumdünya Kapoeyra Federasiyasının baş konfransında qəbul edilmişdir. Cari ilin əvvəlindən etibarən Azərbaycan Kapoeyra Federasiyasının bilavasitə təşkilatçılığı altında hazırlıq işlərinə başlanmışdır.
Yarışı Azərbaycan Gənclər və İdman Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyi dəstəkləyəcəklər.

AzərTAc