Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI
24.7.2017

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə açıqlamasında deyib ki, həmin abituriyentlər üçün növbəti dəfə keçiriləcək imtahanın tarixi də bəllidir.
“Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda-idman zalında elektrik naqillərində baş verən tüstülənmə zamanı imtahandan kənarda qalan abituriyentlərin narahatlığına əsas yoxdur. İyulun 27-də onlar üçün imtahan keçiriləcək. Xəsarət alan abituriyent olmayıb. Sadəcə tüstülənmə olduğu üçün təhlükəsizliyi qorumaq üçün şagirdlər evakuasiya olunub”.


publika.az