Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında” Sərəncam imzalamışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Tahir Salahovun özünün rəsm əsərlərindən ibarət kolleksiyasını və şəxsi arxivini Azərbaycan dövlətinə bağışlaması təklifi nəzərə alınmaqla, iki ay müddətində Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi, 55/3-cü İlyas Əfəndiyev döngəsi, 1 ünvanında Tahir Salahovun ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılmışdır.