Pikassonun 40 il gizli qalan əsərləri üzə çıxdı
8.11.2012

Dünya şöhrətli İspaniya rəssamı, heykəltəraş, qrafik, keramikaçı və dizayneri Pablo Pikassonun Daşkənd Dövlət İncəsənət Muzeyində 40 il naməlum saxlanılan 12 saxsı kolleksiyası aşkara çıxarılıb nümayiş etdirilib.

Məlumata görə, P.Pikassonun bu əsərləri Sovet dövründə Özbəkistana göndərilib, 1960-cı ildə Daşkənddə nümayiş etdirilib. Sonra isə uzun illər ehtiyat fondunda mühafizə olunub.

Kolleksiya 2004-cü ildə üzə çıxarılıb və bu əsərlərin Pablo Pikassoya aid olduğu dəqiqləşdirilib. Kolleksiyada müxtəlif vazalar, kiçik həcmli heykəllər, memorial lövhələr var. Eksponatların üzərində öküz döyüşünü əks etdirən lövhələr, portretlər, quş və balıq başları təsvir olunub.

Böyük rəssam ömrü boyu təxminən 20 min əsər yaradıb.

ANS PRESS