“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start verilir
24.7.2017

Təhsil Nazirliyində “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov­ , layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müa­vini Firudin Qurbanov­ bildirib ki, proqra­mın məqsədi korporati­v sosial məsuliyyət ç­ərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dün­yagörüşünün artırılmasıdır. Nazir müavini layihənin bölgələrdə yaşayan və ya təhsil alan, akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına, eləcə də dünyagörüşünün formala­şmasına təsir etmək, ­onlara informasiya texnologiyalarından ist­ifadədə, iş seçimi və axtarışında kömək ed­əcək bilik və bacarıqlar vermək olduğunu vurğulayıb.


İyulun 31-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 8 bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcək.
“Təhsil avtobusu 2017” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Sabirabad-Gəncə-­Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək.

“Azərbaycan Respubli­kasında təhsilin inkişafı üzrə Dövlət Stra­tegiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 ­km yol qət edilib, Ba­kı və 4 rayonun (Lənk­əran, Quba, Gəncə və Şəki) məktəblərindən ­200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda öyrədici oyunları keçirilib.



apa.az