Yerin təbii peyki olan Ayda su olması ehtimalı var.
Amerikalı alimlər bu ehtimalı təsdiqləyən faktlar aşkarlayıblar.
Braun universitetinin nəşri olan "Nature Geoscience" jurnalında qeyd olunub ki, Hindistanın kosmosda olan peyki "Chandrayaan-1"də olan "Moon Mineralogy Mapper" aləti vasitəsi ilə alimlər Ayın səthində şüşəvari qranullar görüblər. Bu qranullar Ayın demək olar ki, bütün səthində var.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, Ayın dərinliklərindən çıxan piroklastik materiallarda su olması onu göstərir ki, orada suyun mənbəyi də var.
report.az