Mingəçevirdəki sahil parkında yenidənqurma işləri həyata keçirilir. Bu barədə Day.Az saytına Mingəçevir Şəhər İcra Hakimiyyətindən məlumat veriblər.
Təmir işləri may ayında başlayıb və müasir standartlara uyğun olaraq həyata keçirilir.
Layihəyə əsasən, parkda işıqlandırma sistemi və fəvvarə quraşdırılır, dekorativ ağaclar və kollar əkilir. Parkın ümumi sahəsi 16 min kvadrat metrdir.
Milli.Az