Portağal, demək olar ki, hər kəsin sevdiyi meyvədir. Bu meyvənin xeyirli və zərərli cəhətləri haqqında məlumat verir:
Portağalın xeyirli cəhətləri:
Bu meyvənin tərkibinə çoxlu sayda xeyirli maddələr daxildir. Askorbin turşuları, C vitamini, limon turşusu, B, A və P vitaminləri. Portağal orqanizmdən toksinləri çıxarır və təbii antibiotik kimi qəbul olunur. Bu səbəbdən xəstəlik zamanı portağal yemək xeyirlidir.
Premenstrual simptomların azalması, qaraciyər və ağciyər problemləri zamanı həkimlər portağal yeməyi tövsiyyə edirlər. Dietoloqlar da arıqlamaq istəyənlərə bu meyvəni məsləhət görürlər.
Portağalın zərərli cəhətləri:
Bu günə qədər mütəxəssislər arasında portağalın zərərli cəhətləri ilə bağlı mübahisə gedir. Mütəxəssislər hesab edirlər ki, mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün bu meyvə zərərli ola bilər.
Portağal yeyərkən "qızıl orta"nı tapmaq lazımdır. Bu məqamda dahi şair Nizami Gəncəvinin məşhur misralarını yada salmaq münasib olardı:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verər o da.
Milli.Az