“Bakcell” şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, ötən həftə Cocuq Mərcanlıya səfər edən “Bakcell” əməkdaşları 18 yaşına çatmış hər bir Cocuq Mərcanlı sakininə xüsusi tarifli “Bakcell” nömrəsi təqdim edib. Bu nömrələrin sahibləri bir il ərzində öz aralarında pulsuz, digər “Bakcell” nömrələri ilə isə 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar.
Azərbaycan Prezidentinin I dərəcəli “Əmək ordeni” ilə təltif olunan Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev də "Bakcell" tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Xatırladaq ki, bu ilin may ayında “Bakcell” şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün "Bakcell" burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri tamamlayıb.
Xatırladaq ki, 5 300-dən artıq baza stansiyası sayəsində "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
report.az