"Facebook"un kapitallaşması ilk dəfə 500 mlrd. dolları ötüb
28.7.2017

"Facebook" şirkətinin kapitallaşması dünən ilk dəfə olaraq 500 mlrd. ABŞ dolları səviyyəsini keçib.
"CNNMoney"ə istinadən xəbər verilir ki, bu barədə NASDAQ texnologiya birjası məlumat yayıb. Nəticədə, "Facebook"un səhmləri 3,3% bahalaşaraq 171,5 dollara satılıb.
Qeyd edək ki, iyulun 26-da digər onlayn ticarət şirkəti - "Amazon"un kapitallaşması 500 mlrd. dollar səviyyəsini ötüb və onun qurucusu Cef Bezos (Jeff Bezos) qısamüddətli də olsa dünyanın ən zəngin insanına çevrilib. O, 8 saat sonra yenidən liderliyi "Microsoft" şirkətinin qurucusu Bil Geytsə (Bill Gates) ötürüb. Buna səbəb, "Amazon"un II rüb mənfəətinin ötən illə müqayisədə 77% azalması olub.
Xatırladaq ki, kapitallaşması yarım trilyon dollardan çox olan 3 texnologiya şirkəti var. Bu, "Apple" (798 mlrd. dollar), "Google" (667 mlrd. dollar) və "Microsoft"dur (571 mlrd. dollar).

report.az