Erməni mövqelərinin yaxınlığında Bayraq meydanının açılışı olub
17.10.2011

Xocavənd rayonunda erməni mövqelərinin 700 metrliyində Bayraq meydanının açılış mərasimi olub. Meydanda həmçinin şəhidlərin xatirəsinə həsr edilən lövhə də vurulub. Lövhədə bu bölgədə şəhid olan insanların adları yazılıb.
Gün.Az saytına istinadən verilən məlumata görəərasimdə Xocavənd icra başçısı Eyvaz Hüseynov, Xocalıdan olan millət vəkili Elman Məmmədov, Dağlıq Qarabağ azərbaycan icması İctimai birliyinin sədri Bayram Səfərov, səhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.