Sabah Azərbaycan paytaxtında yağıntılı hava şəraiti proqnozlaşdırılır
12.11.2012

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 8-11, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 11-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Noyabrın 13-dən 15-dək Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlüyü, atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

APA