“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb
31.7.2017

“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb.
Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qərara görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun “II. “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan qurumlar” bölməsinin 1-ci hissəsi ləğv edilib.
“Azərbaycan Hava Yolları” QSC-yə bu qərardan irəli gələn məsələləri həll etmək göstərişi verilib.
Qərar “Azərbaycan Hava Yolları” QSC-nin Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub.

report.az