3800 illik gözəl qalmaqal yaratdı
12.11.2012

Çin rəsmiləri “Lolan gözəli” adlı 3800 illik mumiyanı ABŞ-dakı sərgiyə göndərməkdən imtina edib. Türkiyə mətbuatına verdiyi xəbərə görə, Çinin ABŞ-da sərgilənməsi nəzərdə tutulan “Beauty of Xiaohe” (“Lolan gözəli”) adlı 3800 illik mumiyanı sərgiyə göndərməkdən imtina etməsi qalmaqala səbəb olub. Asiyanın tarixi haqqında özündə böyük sirrləri saxlayan mumiya üzərindəki mübahisələr yenidən gündəmə gəlib.

Çinlilərin sərgilənməsini istəmədiyi mumiya nə boy-buxununa görə, nə də sifətdən asiyalılara bənzəyir. Çinlilərdən fərqli olaraq, daha uzun boyu, ağbənizi, uzun kirpikləri və incə, düz burnu olan mumiya daha çox avropalılara bənzəyir. Mumiyanın türk kökənli olduğunu deyənlər də var.

Big.az