Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərkosmos" ASC tibbi sığorta xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.
Kotirovka təklifləri avqustun 8-nə qədər ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 (5-ci mərtəbə) ünvanında yerləşən ofisində qəbul edilir.
Təkliflərə avqustun 9-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, "Azərkosmos" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 63 610 600 manatdır.
report.az