Azərbaycana humanitar yardım idxalı 20% artıb
31.7.2017

Azərbaycana bu ilin yanvar-iyun ayları ərzində 23 353,72 min dollar dəyərində humanitar yük, təmannasız kömək və texniki yardım idxal olunub.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 867,25 min dollar və yaxud 19,85% çoxdur.
İxracda da artım qeydə alınıb. Hesabat dövründə 152,89 min dollar həcmində humanitar yük, təmannasız kömək və texniki yardım ixrac edilib ki, bu da illik müqayisədə 93,29 min dollar və yaxud 2,6 dəfə artım deməkdir.

report.az