Əhali üçün şəkərli diabetlə bağlı pulsuz təlimlər keçirilir
12.11.2012

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində pulsuz təlimlər keçirilir. İSİM-dən verilən xəbərə görə, təlimlər pulsuz olaraq 12-16 noyabr tarixində şəkərli diabet xəstələri, 19-21 noyabr tarixində isə risk qrupuna aid əhali üçün təşkil olunur. Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır.

APA