Bolkartla Mall-larda alış-veriş edənlərə +2 ay HƏDİYYƏ
1.8.2017

"Bank of Baku"nun Bolkartlılara özəl elan etdiyi silsilə yay kampaniyalarından daha biri GƏLİİİİR.

“Bolkartla Mall-larda alış-veriş edənlərə, +2 ay Hədiyyə” şüarı altında keçirilən kampaniyadan bütün Bolkart kredit kart sahibləri faydalanaraq, yay alış-verişlərini ürək rahatlığı ilə edə biləcəklər.

Bu barədə bankdan məlumat verilib.

1-10 avqust tarixlərini əhatə edən kampaniya çərçivəsində Park Bulvar, 28 Mall, MetroPark, Port Baku və Gənclik Mall-da yerləşən Bolkartın partnyor şəbəkəsinə daxil olan bütün mağazalarda alış-veriş edən Bolkart kredit kart sahibləri, ödəniş müddətinə +2 ay HƏDİYYƏ qazanacaqlar.

Yəni, kampaniya dövrü ərzində Bolkart sahibləri 3 ay müddətinə etdikləri alış-verişlərin xərcini 5 aya, 6 ay müddətinə etdikləri alış-verişlərin xərcini 8 aya, 12 ay müddətinə etdikləri alış-verişlərin xərcini isə 14 aya bala-bala ödəyəcəklər.

"Bank of Baku"nun “Gəliiiir” şüarı altında həyata keçirdiyi bu və digər kampaniyalar haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkart məhsulunun rəsmi Facebook səhifəsinə daxil olaraq https://www.facebook.com/Bolkart/ tanış ola bilərsiniz.

Daha ətraflı: 145 Məlumat Mərkəzi, www.bolkart.az, www.facebook.com/bolkart

trend