İnsan həyatının “dadlı düşməni”
2.8.2017

Alimlərin yeni araşdırmasına görə, tez-tez qızardılmış kartof yeyən insanlarda erkən ölüm riski digərlərinə nisbətən daha çoxdur. Elm adamları bu nəticəyə aparılan təcrübədən sonra gəliblər.

“The American Journal of Clinical Nutrition” dərgisinə istinadla xəbər verilir ki, tədqiqat üçün 45-79 yaşarası 4500-ə yaxın insanın üzərində təcrübə aparılıb. Onlar iştirakçıları kartofun qəbul miqdarına görə qruplaşdırıblar. Səkkiz il ərzində pasiyentlərdən 236-sı dünyasını dəyişib. Tədqiqatın nəticəsinə əsasən, həftədə iki dəfə və ya çox qızardılmış kartof yeməyin erkən ölüm riskini iki dəfə artırdığı məlum olub.

Alimlər yağda qızardılmış istənilən qidanın cinsindən və yaşından asılı olmayaraq insan orqanizmi üçün ziyanlı olduğunu bildiriblər.

azertag.az