“YARAT”da Qazaxıstan istehsalı olan film təqdim ediləcək
3.8.2017

Avqustun 6-da “YARAT” Müasir İncəsənət Mərkəzində qazaxıstanlı rejissor Katerina Suvorovanın ekranlaşdırdığı “Dənizim” adlı film nümayiş etdiriləcək.

Xronometrajı 88 dəqiqə olan ekran əsəri ingilis dili subtitrləri ilə nümayiş olunacaq.

Film Aral dənizi sahillərində yaşayan sakinlərin hekayəsindən bəhs edir. Filmin dünya premyerası 2016-cı il avqustun 6-da “Lokarno” Film Festivalında (İsveçrə) olub.

azertag.az