Günün qoroskopu
13.11.2012

Qoç - sakitlik və təmkini qorumaq çox mühümdür. Yalnız belə olan təqdirdə çətin günü özünüz üçün əlverişli zamana döndərə bilərsiniz. Çətinliklər və problemlərə emosional səbatınızı qarşı qoyun. Ən çətin, əlverişsiz şəraitdə belə, nikbinliyinizi qoruyun.

Yaxın adamlarınızın, dəyər verdiyiniz insanların problemlərini həll etmək üçün çox güc sərf etməyin.
Tanımadınız, naməlum şəxslərlə anlaşılmazlıqlar mümkündür. Məsələ münaqişəyə qədər böyüyə bilər.

Anlaşmalar imzalamaq, alış-veriş zamanı iri məbləğ xərcləmək məsləhət deyil.
Günün ikici yarısında avtomobil, yaxud kompüter və ya avadanlıqla problem yarana bilər.

Buğa - bu gün həyat potensialınız yüksək olacaq. Enerji qıtlığı və çatışmazlığından şikayətlənməyəcəksiniz.

Yeni işlərə başlamaq olar. Hətta ən çətin işlərin belə, təməlini qoya bilərsiniz. İşlərin öhdəsindən asanlıqla gələcək, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız.

Sizə könüllü yardım etmək istəyən insanlar olacaq və onlarla xoş münasibətlər yaradacaqsınız.
Sonradan maliyyə durumunuzu yaxşılaşdıra biləcək yeni ideyalarınız yarana bilər.
Əks cinsin mənsubları ilə ünsiyyət üçün əlverişli gündür.

Axşam saatlarında romantik münasibətlərin yaranması, olan münasibətlərin güclənməsi mümkündür.

Əkizlər - bu gün sizin üçün mümkünsüz iş yoxdur. Məqsədinizə çatmaq üçün dağ oynatmaq lazım gəlsə belə, buna can atacaqsınız. Hədsiz enerjiniz, çalışmaq eşqiniz, zəhmət çəkmək istəyiniz sizi dostların və yaxınların nəzərlərində daha da ucaldacaq.

Bacarıq və biliklərinizi tam miqyasda aşkarlamağa imkan verəcək yeni işin başlanması istisna deyil.
Bahalı hədiyyə verə bilərsiniz.

Valideynlər və ailə üzvlərinin problemini həll etməyə çalışın.
Nəzərdə tutulmamış səfər ola bilər.

Xərçəng - bu gün kölgədə qalmaq istəməyəcəksiniz. Harada olursunuzsa olun, diqqəti maksimum dərəcədə özünüzə cəlb etməyə çalışmayın. Bu, çətin olmasa da, emosiyalarınıza və ilkin istəklərinizə aldanmayın.

Romantik tanışlıq ola bilər, amma istənilən halda, mövcud münasibətinizi unutmayın. Xəyanət yaxşı iş deyil.
Belə gündə evdə təmirə başlamaq və ya şəraiti dəyişmək fikrinə düşmək məsləhət deyil. Xırda bir əşya alın - o, sizi evdə uzun müddət sevindirə bilər.

Anlaşma və razılaşmalar, vədlər üçün əlverişli gündür.
Yaxşı gəlir əldə etmək şansı yaranacaq.

Şir - yaxın ətrafınızdakı insanlara bu gün yaxşı münasibət bəsləyin. Hər şey qarşılıqla olacaq. Köhnə umu-küsünü unutmağa çalışın, səhvən öz bədxahınız hesab etdiyiniz insanla münasibətləri normaya salın.

Yaxın insanlarınızın sayəsində istənilən işin öhdəsindən gələ biləcəksiniz.
Yeni məqsədləriniz yaranacaq. Onlara çatmaq asan olmasa da, çəkinməyin, qorxmayın, ruhdan düşməyin. İdman və ya yaradıcılıqda uğurlar mümkündür.

Günün ikinci yarısında könlünüzə yatan musiqi dinləyin. Bu musiqi ovqatınıza yaxşı təsir edəcək.

Qız - başqaları üçün çox iş görmək istəsəniz də, özünüzü də unutmayın. Ona görə də kiminsə qarşısında güzəştə getmək və ya sizə kompromis variant kimi təklif edilən qərarla razılaşmazdan əvvəl yaxşıca fikirləşin.
Maraqlarınızı qoruyaraq mövqelərinizi müdafiə edə bilsəniz, gün yaxşı keçəcək.
Bu gün gəlir əldə etmək, yaxud da qohumlar və ya köhnə dostlardan yardım almaq imkanları var.
Əmlak bölgüsü və ya ailə büdcəsindən yararlanmaqla bağlı məsələlərin həll edilməsi üçün əlverişli gündür.

Tərəzi - bu gün ərzində ən müxtəlif məsələləri həll edə bilərsiniz. Bir işdən başqasına asanlıqla keçəcəksiniz. Başldadığınız işi sizdən asılı olmayan səbəblərdən təxirə salmaq məcburiyyətində qalsanız, buna qıcıqlanmayacaqsınız.
Yaxınlarınız və qohumlarınızla ünsiyyət üçün əlverişli gündür.
Yaxınlarınızdan müsbət enerji ala bilərsiniz.
Dostlarla görüşün. Onlardan mühüm informasiya ala bilərsiniz.
Amma uzun-uzadı söhbətə aludə olmayın.
Sizi narahat edən problem barədə təkbaşına, tənhalıqda düşünün.

Əqrəb - bu gün çətin işlərin öhdəsindən uğurla gəlir, problemlərin yeni həll yollarını fikirləşirsiniz. Fantaziyanızı işə salın, biliklərinizdən yararlanın. Problemləri çözməyə çalışsanız, uğur əldə edərsniz.

Yardımını dəyərləndirdiyiniz insanlarla görüşəcək, onlardan dəstək alacaqsınız.
Uzaqlardan xoş xəbərlərin gəlişi, yeni təkliflərin alınması mümkündür.

Həyatınızda dəyişikliklər etmək istəyəcəksiniz. Bu gün belə imkanlar yaranacaq.

Oxatan - indiyədək yola getmədiyiniz insanlarla münasibətləri normallaşdırmaq üçün əlverişli gündür. Kompromis və güzəştli həllər çətin olmayacaq. Ciddi anlaşılmazlıqlar və mübahisələrin yaranmasına imkan verməyin.

Yeni tərəfdaşlar tapın. Onlarla əməkdaşlıq sizin üçün çox sərfəli olacaq.
Nikbin olun, qüvvənizə inanın.
Qətiyyət və əzmlə çalışın.

Maliyyə durumunuzda irəliləyişə nail olmaq, gəlir əldə etmək imkanlarınız var. Yeni gəlir mənbəyi yarana bilər.

Oğlaq - çox uğurlu, problemlərin az olduğu gündür. Ürəyiniz istəyən, könlünüzün tələb etdiyi işlə məşğul olaraq qalan işləri hələlik bir kənara qoya bilərsiniz.

Dostlarla görüş, romantik söhbətlər, ailə üzvləri ilə xoş saatlar istisna deyil.
Yaxın bildiyiniz insanlarla vaxtınız rəvan keçəcək.

Çoxdan bəri görmədiyiniz insandan xəbər gələcək.
Həmin xəbərin sizi qəti addımlar atmağa vadar etməsi də mümkündür. Belə olarsa, həyatınızda dəyişikliklər yaranacaq.

Dolça - yetərincə harmonik, sakit, xoş bir gündür. İş yoldaşları, tərəfdaşlar, dostlar və ya yoldaşlarla münaqişəyə yol verməyin. Küsənləri barışdırmağa çalışın.

Ətrafınızdakı insanlar sizdən sirr saxlamağa çalışsalar da, mümkün olmayacaq. Onların sirrindən tez xəbər tutacaqsınız.
Gün mühüm məsələlərin müzakirəsi və nəzərdən keçirilməsi üçün uğurludur.

Şəxsi həyatınızda da müsbət təmayüllər üstünlük təşkil edəcək.
Düşünülməmiş əməlinizə görə pozulmuş münasibətlərin bərpası mümkündür.

Balıqlar - bu gün işlərinizə diqqət ayırmaq üçün nə qədər çalışsanız da, məqsədə çatmayacaqsınız. Çünki ətrafınızdakı insanların problemləri sizi də bərk məşğul edəcək.

Onlara yardım etmək, dəstək olmaq, problemlərin çözülməsində iştirak etmək istəyəcəksiniz.
Dostlara kömək etməmiş sakitləşməmək təki fikri başınızdan atın.

Xırda, gündəlik, rutin işlərlə maraqlanmamaq sizə problemlər yarada bilər. Ən azı ailə üzvləriniz sizi anlamayacaq.

Səfər və ya gəzintidə diqqətli olun.
Yoldan sapmaq, problemli vəziyyətə düşmək olar.

Milli.Az