Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı növbəti seminar keçirib.
"Bakcell"dən verilən məlumata görə, builki seminarda rəqəmsallaşdırma, rouminq, Azərbaycanda startap mühiti və “Applab” layihəsi, internet məhsulları, informasiya təhlükəsizliyi, “Bakcell”in korporativ müştərilərinə təqdim etdiyi innovativ həllər və digər mövzular ətrafında müzakirələr aparılıb.
“Mobil telekommunikasiya dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. Telekommunikasiya sahəsindən yazan jurnalistlərin bu sahədə baş verən yeniliklərlə daha yaxından tanış ola və bunu öz gündəlik fəaliyyətlərində əks etdirə bilmələri üçün "Bakcell" şirkətinin mütəxəssisləri məmnuniyyətlə bizim seminarlara qoşulur. Biz artıq dördüncü ildir ki, davamlı olaraq 30-40 nəfər mətbuat nümayəndəsinin iştirakı ilə “Mobil telekommunikasiyaya giriş” seminarları təşkil edirik və bu təşəbbüsü gələcəkdə də davam etdirmək niyyətindəyik”, deyə "Bakcell" şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.
Seminarda müştəri təcrübəsi və kanalların idarə edilməsi üzrə yarımbölmə rəhbəri Emin Əsgərsoy rəqəmsal transformasiyanın əsas trendləri və onun müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlmiş müsbət təsirləri haqqında danışıb.
“Bakcell”in hesabötürmə məlumat mübadiləsi qrupunun baş mütəxəssisi Lev Quninin təqdimatı vasitəsilə mətbuat nümayəndələri rouminq xidmətinin fəaliyyət mexanizmi, tariflərin tənzimlənməsi, müxtəlif ölkələrin mobil operatorları ilə rouminq üzrə tərəfdaşlıqların qurulması qaydaları və rouminq şöbəsininxidmətin təşkili prosesi ilə tanış olublar.
Data məhsullarının inkişafı üzrə baş mütəxəssis Nazlı Orucova seminar iştirakçıları qarşısında Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş “Bakcell”in təqdim etdiyi ən innovativ mobil data məhsulları, əlavələrin inkişafı üzrə menecer Orxan Babayev Azərbaycanda startap mühiti və“Bakcell”in Applab proqramı və məhsulun inkişafı üzrə meneceri Şamil Həsənov şirkətin korporativ abunəçilərə təqdim etdiyi unikal xidmətlər və informasiya təhlükəsizliyi haqqında təqdimatlar edib.
report.az