Səbail rayonu Bayıl qəsəbəsi Xanlar küçəsində əsaslı təmirə dayandırılan 157 nömrəli uşaq bağçasında tikinti işləri sürətlə davam etdirilir. Qəzalı vəziyyətdə olan həmin bağça düz bir əsr əvvəl inşa edilmişdi və burada 100-dən çox uşaq tərbiyə alırdı.
Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bağçanın köhnə və qəzalı binada yerləşməsi və təmir işlərinin çətinliyi ilə əlaqədar sökülərək, müasir standartlara tam cavab verən layihə sənədləri əsasında yenidən tikilməsinə qərar verilib. Belə ki, hazırda burada üçmərtəbəli yeni bağça inşa edilir. Bağça bu ilin sentyabr-oktyabr aylarında öz qapılarını balaca sakinlərin üzünə açacaq.
azertag.az