Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) beynəlxalq aparıcı mütəxəssislərlə əməkdaşlığı davam edir.
Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, yeni əməkdaşlıq çərçivəsində Belarusun geniş və peşəkar təcrübəyə malik mama-ginekoloqu İrina Kovqan RMDM-də fəaliyyətə başlayıb.
Mama-ginekologiya üzrə yüksək ixtisaslı kateqoriyaya sahib olan İ.Kovqan hamiləlik patologiyalarının diaqnostika və müalicəsində müasir metodlar barədə biliyə malikdir və müxtəlif ekstragenital patologiyalı doğuşları aparır.
azertag.az